Civil Society Forum National Platform Azerbaijan

Home » Без рубрики » Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platformasının toplantısı keçirildi

Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platformasının toplantısı keçirildi

dsc_0431Beynəlxalq Mətbuat Mərkəzində Avropa Birliyi Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu, Azərbaycan Milli Platformasının toplantısı keçirilib. Forumun Azərbaycan üzrə əlaqələndiricisi, Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənov məlumat verdi ki, toplantı platforma üzvləri üçün əhəmiyyətli bir gündə keçirilir. Son əfv fərmanından sonra platformanın üzvləri Anar Məmmədli, Rəsul Cəfərov və məhkəmə qərarı ilə İntiqam Əliyevin azadlığa çıxması ilə platforma tam tərkibdə fəaliyyət göstərməyə başladı.

Konstitutsiya Araşdırmaları  Fondunun prezidenti Əliməmməd Nuriyev Azərbaycan Respublikası Prezidentinin Novruz bayramı ərəfəsində imzaladığı əfv fərmanından sonra azad olunan vətəndaş cəmiyyəti fəallarının və məhbusların azad olunmasını yüksək qiymətləndirdi. Hakimiyyət və vətəndaş cəmiyyəti nümayəndələrinin dialoqu nəticəsində vətəndaş cəmiyyəti fəallarının azad olunnması gələcək dialoqun dərinləşməsinə xidmət etdiyini bildirdi. Onun sözlərinə görə, artıq hesablarına həbs qoyulmuş təşkilatlarının bir neçəsinin hesabları açılıb, onların 2014-cü ildə bağladığı qrant müqavilələrinin qeydiyatına başlanmışdır.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev qeyd etdi ki, Milli Platformanının son aylar ərzində fəaliyyəti təqdirə layiq sayılmalıdır. “Çünki, maliyyə və donor cəlb olunması sahəsində çətinliklərə baxmayaraq, vətəndaş cəmiyyəti özünün aktivliyini qoruyub saxlaya bilmişdir ki, bunun gələcək inkişaf üçün əhəmiyyəti vardır. Xüsusən də hakimiyyət ilə dialoqun davam etdirilməsində forumun üzərinə düşən məsuliyyət bizi daha da güclü edir”.

Uzun müddət kənarda olmasına baxmayaraq, bu gecə Bakıya qayıdan İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri Qubad İbadoğlu qeyd etdi ki, Forumun Milli Platformasının vətəndaş cəmiyyəti üçün çətin bir dövrdə öz fəaliyyətini davam etdirməsi böyük uğurdur. “Lakin, biz həm ölkə daxilində vətəndaş cəmiyyətinin mövqeyinin bərpa olunması və eyni zamanda Avropada şərq tərəfdaşlığı proqramı çərçivəsində itirilmiş mövqeyimizi bərpa etməliyik. Azərbaycanda vətəndaş cəmiyyəti institutlarına olan münasibətin dəyişdirilməsi üçün əlimizdən gələni etməliyik” – deyə qeyd etmişdir.

Ə.Həsənov vətəndaş cəmiyyətinin donorların qeydiyyatına yaradılan qadağadan sonra maliyə resurslarından məhrum olması, onun iş keyfiyyətinə mənfi təsir etdiyini vurğuladı. Bildirdi ki, “Milli Platformanın bu il elan etdiyi qrant müsabiqəsində Azərbayandan heç bir təşkilat iştirak etmədi. Çünki, layihələrin qeydiyyatının mümkün olmadığını başa düşən təşkilatlar layihə yazmağın və hər hansı müsabiqədə iştirakın əhəmiyyətini görmürlər”.

Daha sonra Forumun 2016-cı ildə Brüssel şəhərində keçirilməsi planlaşdırılan 8-ci assambleyası, foruma üzvlük qaydaları və seçim proseduru barədə məlumat verildi. Koordinator qeyd etdi ki, Şərq Tərəfdaşlığı Proqramı Vətəndaş Cəmiyyəti Forumuna yeni üzvlərin qəbul olunması üçün ərizə artıq forumun internet səhifəsində yerləşdirilmişdir və maraqlı təşkilarların aprelin 20-dək müraciət etməyə vaxtı vardır. Forumda iştirak etmək üçün öz fəaliyyətlərində Şərq tərəfdaşlığı proqramının istiqamətlərini əsas tutan QHT və həmkarlar təşkilatları müraciət edə bilərlər. Foruma seçim qaydalarına görə üzv olmaq istəyən hər bir təşkilata Milli Platforma, Avropa Birliyinin Bakı ofisi və Forumun İdarə heyəti işçi qrup koordinatorları səs verəcəklər. Bunu nəzərə alaraq yeni təşkilatların müraciət etməsi və həmin qaydalar nəzərər alınmaqla öz strategiyasını qurmasını alqışlayırıq.

Tədbirdə çıxış edənlər Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Vətəndaşların Sosial Rifahı Naminə İB sədri İradə Rzazadə, Azərbaycan Əlil Təşkilatları İtifaqının prezidenti Davud Rəhimli forumda təmsil olunmaq üçün yeni üzvlərin cəlb olunması və rotasiya qaydlaralarına əməl olunması sahəsində öz təkliflərini verdilər.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: